Esqim.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.07.2025 | 16:32 | Baxılıb: 3875
Xəzər dənizindən qanunsuz qum-çınqıl daşıyan şəxslər saxlanılıb.

Bu haqda “esqim.az”ya DİN-in mətbuat xidmətindən məlumat verilib:

Bildirilib ki, Su nəqliyyatında polis İdarəsinin əməkdaşları tərəfindən yerin təkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının aşkarlanması və qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Keçirilən növbəti tədbirlərlə Xəzər dənizinin kənarından qeyri-qanuni qum-çınqıl daşınmasını həyata keçirən 34 yaşlı M.Hüseynov, “Hovo” markalı markalı yük avtomobilinin sürücüsü 41 yaşlı Z.Vəlizadə, “Shacman” markalı yük avtomobillərinin sürücüləri 26 yaşlı M.Məmmədov və 42 yaşlı T.Həsənov müəyyən olunaraq saxlanılıblar.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.