Esqim.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.05.2025 | 18:22 | Baxılıb: 982
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Ukrayna Futbol Assosiasiyasını (UAF) Rusiya əleyhinə şüar səsləndirdiyinə görə cəzalandırıb.

“esqim.az” xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Avro-2024-ün seçmə mərhələsinin Bosniya və Herseqovina ilə pley-off oyunu zamanı anti-Rusiya şüarı olan pankart nümayiş etdirilib. Bu səbəbdən UAF 15 min avro cərimə ödəməlidir.

UEFA bu şüarı siyasi və təxribat adlandırıb.

Qeyd edək ki, Rusiya-Ukrayna münaqişəsinin başlamasından sonra Beynəlxalq Futbol Federasiyası (FİFA) və UEFA Rusiya millisini və Rusiya klublarını onların himayəsi altında keçirilən turnirlərdən kənarlaşdırıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.