Esqim.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.06.2025 | 13:40 | Baxılıb: 1047
Türkiyədə Tarsus–Adana–Gaziantep magistral yolunda ağır yol qəzası baş verib.

“esqim.az” “TRT Haber”ə istinadən xəbər verir ki, hadisəyə səbəb sərnişin avtobusunun yol kənarında dayanan yük avtomobilinə çırpılması olub.

Qəza nəticəsində 7 nəfər ölüb, 11 nəfər isə yaralanıb.

Hadisə yerinə çox sayda təcili tibbi yardım və polis əməkdaşları cəlb edilib.

Hazırda həyatını itirənlərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində işlər davam edir.

Faktla bağlı araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.