Esqim.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.02.2025 | 12:28 | Baxılıb: 5450
“TikTok”da açdığı canlı yayımda cəmiyyətə qarşı açıq hörmətsizlik edən şəxs məsuliyyətə cəlb olunub.

“esqim.az"in əldə etdiyi məlumata görə, Tovuzda yaşayan Füzuli rayon sakini 50 yaşlı Eldar Rzayevin (ad şərtidir) canlı yayım zamanı nalayiq ifadələr işlətməsi ilə bağlı polis tərəfindən tədbir görülüb.

Məlum olub ki, o, canlı yayıma ağır dərəcəli sərxoş vəziyyətdə çıxıb və cəmiyyətə qarşı hörmətsizlik nümayiş etdirən qeyri-etik paylaşımlar edib. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun protokol tərtib edilərək məhkəməyə göndərilib.

Rzayev izahatında etdiyi hərəkətlərdən peşman olduğunu desə də, məhkəmənin qərarına əsasən ona 25 sutka inzibati həbs verilib.

Qeyd edək ki, həbs edilən şəxs “N” saylı hərbi hissədə mühəndis vəzifəsində işləyir.

Aslan Vəliyev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.