Esqim.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.05.2025 | 20:05 | Baxılıb: 2699
Böyük Britaniyanın Bakıdakı səfiri Ferqus Auld UEFA Çempionlar Liqasının 4-cü turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Çelsi” (İngiltərə) matçında “Köhlən atlar”a azarkeşlik edəcəyini bildirib.

“esqim.az” xəbər verir ki, bu barədə o “X”də paylaşım edib.

“Bu axşam “Qarabağ” “Çelsi” ilə qarşılaşacaq! Gərgin və həyəcanlı oyun gözləyirəm, amma Böyük Britaniyanın Azərbaycandakı səfiri və “Qırmızı Şeytan” (“Mançester Yunayted” azarkeşi) kimi bu axşam ev sahibi komandanı dəstəkləyəcəyəm”, – deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, oyun bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:45-də start götürəcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.