Esqim.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.03.2025 | 10:25 | Baxılıb: 799
Bu gün Azərbaycan kubokunda 1/8 finalın növbəti 3 oyunu keçiriləcək.

“esqim.az” xəbər verir ki, öncə “Şamaxı” “Baku Sportinq”i, “İmişli” “Sabah”ı qəbul edəcək.

Günün son oyununda isə “Qarabağ” “Karvan”ı sınağa çəkəcək.

Xatırladaq ki, daha öncə keçirilmiş oyunlarda “Turan Tovuz” “Şahdağ Qusar”ı (2:1), “Zirə” “Neftçi”ni (1:0) mübarizədən kənarlaşdırıb. Qalan 3 oyun sabah keçiriləcək.

Azərbaycan Kuboku 1/8 final

3 dekabr

“Şamaxı” – “Baku Sportinq”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov.

Şamaxı şəhər stadionu, 14:00.

“İmişli” – “Sabah”

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Əkbər Əhmədov.

Quba Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Qarabağ” – “Karvan”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı.

“Azersun Arena”, 19:00.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.