Esqim.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.11.2025 | 06:02 | Baxılıb: 2532
ABŞ administrasiyası xarici investorları cəlb etmək üçün əlamətdar bir addım atıb.

“esqim.az” xəbər verir ki, rəsmi olaraq istifadəyə verilən “Qızıl Kart” proqramı 1 milyon dollar investisiya qoyanlara sürətləndirilmiş “Green Card” imkanları təqdim edir.

İqtisadiyyatı stimullaşdırmaq məqsədilə elan edilən proqram “vətəndaşlığın artıq pulla alınıb-alınmayacağı” ilə bağlı müzakirələrə səbəb olub.

“Qızıl Kart” proqramı üçün müraciət haqqı 15 000 dollar, təsdiqləndikdən sonra investisiya məbləği isə 1 milyon dollardır.

Ərizə rədd edilərsə, 15 000 dollarlıq ödəniş geri qaytarılmır və ABŞ xəzinəsinə köçürülür.

Qeyd edək ki, proqram ilk dəfə elan edildikdə, investisiya məbləği 5 milyon dollar idi, lakin müraciət sayının az olması və tənqidlər səbəbindən 1 milyon dollara endirildi. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.