Esqim.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.02.2025 | 13:59 | Baxılıb: 9640
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində dekabrın 10-u keçiriləcək “Qarabağ” - “Ayaks” qarşılaşması üçün bilet satışlarının başlanmasına sayılı günlər qalır.

“esqim.az” xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb.

Bildirilib ki, qarşılaşmanın biletləri yalnız klub tərəfindən təsdiqlənmiş rəsmi satış kanalları vasitəsilə təqdim olunacaq. Azarkeşlərdən biletləri yalnız rəsmi platformalardan əldə etmələri xahiş olunur.

Satış prosesinə yaxın günlərdə start verilməsi planlaşdırılır və bununla bağlı ən son məlumatlar klubun rəsmi kanallarında paylaşılacaq.

“Qarabağ”ı 10 dekabrda Tofiq Bəhramov adına Respublika Stadionunda canlı olaraq dəstəkləmək istəyən azarkeşlərə, biletlərin yüksək tələbat səbəbilə qısa müddətdə tükənə biləcəyini nəzərə alaraq, rəsmi məlumat axınını diqqətlə izləmələri tövsiyə edilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.