Esqim.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.06.2025 | 02:31 | Baxılıb: 7273
Bu gecə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 4-cü turuna yekun vurulub.

“esqim.az” xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” evdə “Çelsi” ilə qarşılaşıb.

Ağdam təmsilçisi İngiltərə nəhəngi ilə 2:2 hesablı heç-heçə edib.

1-ci turda “Benfika”ya, 2-ci turda “Kopenhagen”ə qalib gələn, 3-cü turda isə “Atletik”ə uduzan Qurban Qurbanovun komandası hazırda sıralamada 7 xalla 15-cidir.

Xatırladaq ki, ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komandalar birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanacaqlar. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vuracaqlar.




Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.