Esqim.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.01.2025 | 13:38 | Baxılıb: 6059
Zərdab rayonunda avtomobil yolunun əsaslı təmirinə 2 milyon manat ayrılıb.

“esqim.az” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, səkkiz min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Zərdab-Məlikumudlu-Çallı-Salahlı-Hüseynxanlı-Xanməmmədli avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) ilkin olaraq 2 milyon manatı ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycanın 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmalıdır.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.