Esqim.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.04.2025 | 01:00 | Baxılıb: 730
Portuqaliya milli komandası 2026-cı il dünya çempionatında geyinəcəyi yeni ev formasını ictimaiyyətə təqdim edib.

“esqim.az” xəbər verir ki, bu haqda Portuqaliya Futbol Federasiyası məlumat yayıb.

“Bu köynək okeanın enerjisini və dünyanın ən böyük futbol səhnəsində bəyanat verməyə hazır olan Portuqaliya millisinin gücünü əks etdirir. İkonik qırmızı baza dalğalı naxış və yaşıl detallarla bəzədilib, ölkənin dəniz köklərinə və qorxmaz ruha işarədir”, - məlumatda bildirilir.

Qeyd edək ki, dünya çempionatı 2026-cı il iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.