Esqim.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.25.2025 | 11:20 | Baxılıb: 1392
Məşhur amerikalı aktyor və rejissor Kevin Speysi bu yaxınlarda verdiyi müsahibədə evsiz qalması ilə bağlı sözlərinin təhrif olunduğunu bildirib.

“esqim.az” xəbər verir ki, K.Speysi bu barədə instaqram hesabında etdiyi canlı yayım zamanı danışıb.  

Aktyor evsiz qalması ilə bağlı dediklərindən sonra ona kömək etmək istəyən insanlardan ismarışlar aldığını qeyd edib:

“Son günlərdə mənim evsiz olduğumla bağlı yayılan xəbərlərə cavab verməyi özümə borc bildim. Bu cavab mətbuat nümayəndələrinə deyil, mənimlə əlaqə saxlayaraq yaşamağım üçün yer təklif edən və ya sadəcə mənim yaxşı olub-olmadığımı soruşan minlərlə insanadır. Sizin hamınıza demək istəyirəm ki, səxavətiniz məni səmimi olaraq təsirləndirdi. Sizə başlıqlarda qeyd olunduğu kimi həqiqətən də evsiz olduğumu düşünməyə imkan verməyim mən tərəfdən düzgün olmazdı”. 

66 yaşlı Speysi həqiqətən də çətin dövr yaşadığını və hotellərdə qaldığını etiraf edib, lakin özünü həqiqətən evsiz olan şəxslərlə müqayisə edə bilməyəcəyini bildirib.

“Küçələrdə, öz maşınlarında yaşayan, həqiqətən ağır maddi vəziyyətdə olan çox sayda insan var. Mən onlar üçün çox narahatam. Lakin məqalədən aydın olur ki, mən onlardan biri deyiləm. Həmçinin o da aydın olur ki, mən özümü onlarla bir tutmağa çalışmamışam. Buna görə də məqalənin kliklərin sayını artırmaq üçün mətnin mahiyyətini təhrif edən başlıqla dərc olunması məni çox utandırır”, - deyən aktyor buna görə pərəstişkarlarından üzr istəyib. 

Xatırladaq ki, bir müddət öncə Kevin Speysinin “The Telegraph” nəşrində müsahibəsi dərc olunmuşdu. Müsahibədə onun iş çatışmazlığı və məhkəmə çəkişmələri ilə bağlı çox böyük xərclər səbəbindən Merilend ştatının Baltimor şəhərindəki evini satmağa məcbur olduğu qeyd olunmuşdu. Bundan başqa, yazıda aktyorun hotellərdə qaldığı, müvəqqəti evlər kirayələdiyi barədə fikirləri yer almışdı. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.