Esqim.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.03.2025 | 17:35 | Baxılıb: 1440
Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində bu gün “İmişli”nin qonağı olan “Sabah” 2:1 hesabı ilə qalib gələrək 1/4 finala adlayıb.

“esqim.az” xəbər verir ki, bakılıların baş məşqçisi Valdas Dambrauskas oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb:

“Eyni rəqibə qarşı ardıcıl oyun keçirmək yaxşı deyil. Bu, nə bizim, nə də rəqibin ən yaxşı oyunu idi. “İmişli”ni qapımıza yaxın buraxmamağa çalışdıq. Onların ikinci hissədə hücuma daha çox atılacağını bilirdik və çalışırdıq ki, müdafiələrinin arxasına ötürmələr edək. Belə imkanlar oldu, ancaq bəzilərini boşa verdik. Sona yaxın əsəbilik, gərginlik hiss olunurdu. Uşaqlardan razıyam ki, qələbə topunu vura bildilər.

Penalti epizodunu şərh etmək istəmirəm, amma daxildən alışıb-yanıram. Siz orada penalti gördünüz? Topun ələ dəyməsi ilə bağlı fərqli qərarlar verəcəyik. Eybi yox, öz işimizə köklənəcəyik. Bizi qarşıda “Neftçi” ilə çox vacib oyun gözləyir. Bir gün gec oynadığımız və səfərdən qayıdacağımız üçün ağır olacaq. Amma bu, mənim əlimdə deyil. Mənim işim istənilən şərtlər altında komandanı oyuna hazırlamaqdır”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.