Esqim.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.11.2025 | 10:54 | Baxılıb: 1796
Ermənistan Baş naziri Nikol Paşinyanın təyyarəsi Moskvada yerə enə bilməyib.

“esqim.az” xəbər verir ki, bu barədə məlumatı Rusiyanın “Baza” teleqram kanalı yayıb. 

Bildirilib ki, buna səbəb dron hücumu ilə bağlı Moskva aeroportlarının fəaliyyətini müvəqqəti dayandırması olub.

Məlumata görə, Paşinyanın təyyarəsi bir saat ərzində eniş icazəsi gözləyərək Tver vilayətinin üzərində dövrə vurub.

Lakin enişə icazə verilmədikdə təyyarə Sankt-Peterburqun Pulkovo hava limanına yollanıb və gecə saat 01 radələrində orada yerə enib.  

Qeyd edək ki, Paşinyan Almaniyaya səfərdən sonra Moskvaya yollanıb. O, Rusiya paytaxtında Avrasiya İqtisadi Birliyinin hökumətlərarası şurasının iclasında iştirak edəcək. 

Onu da xatırladaq ki, Ukrayna ordusu dekabrın 11-nə keçən gecə Moskva vilayətinə kütləvi dron hücumu həyata keçirib. Nəticədə Moskva hava limanlarının fəaliyyəti müvəqqəti dayandırılıb və Bakı vaxtı ilə təqribən 09:00-da aeroportların işi bərpa edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.