Esqim.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.03.2025 | 10:58 | Baxılıb: 791
Azərbaycan kuboku tarixində ilk dəfə “Neftçi” 1/4 finalda iştirak etməyəcək.

“esqim.az” PFL-in saytına istinadən xəbər verir ki, 1992-ci ildən keçirilən turnirin əvvəlki 33 mövsümündə səkkiz ən yaxşı sırasına düşən “ağ-qaralar”ın əbədi seriyası sona çatıb.

Bu, Azərbaycan kubokunun 1/8 finalında baş verib. Bakı klubu “Zirə” ilə matçın əlavə vaxtında uduzub – 0:1. Zirə İdman Kompleksinin stadionundakı qarşılaşmayadək “Neftçi” kubokda həm bütün mövsümlərdə iştirak edən, həm də daim 1/4 finalda olan yeganə komanda idi.

Qeyd edək ki, “səkkizlik”də iştirak sayında 2-ci olan “Qarabağ” 26, 3-cü olan “Şamaxı” 19 dəfə bu mərhələdə iştirak edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.