
“esqim.az” xəbər verir ki, bu barədə “ABC” nəşri məlumat yayıb.
Bildirilir ki, alman mütəxəssis qərarını artıq məşqçi heyətinə çatdırıb. Onun bu addımı klub daxilindəki gərgin və qeyri-sağlam mühitlə əlaqələndirilir.
Xatırladaq ki, Flik “Barselona”ya 2024-cü ildə Xavi Ernandesin gedişindən sonra baş məşqçi təyin olunub və müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub. Onun rəhbərliyi dövründə komanda 74 oyuna çıxaraq 54 qələbə, 8 heç-heçə və 12 məğlubiyyət qeydə alıb.
Bundan başqa, alman mütəxəssisin sükanı arxasında olan katalonlar keçən mövsüm İspaniya La Liqasının da qalibi olublar.