
“esqim.az” xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, gecə ərzində Rusiyanın hava hücumundan müdafiə vasitələri region üzərində 40 PUA zərərsizləşdirib. Həmin dronlardan 32-nin paytaxt istiqamətində uçduğu qeyd olunub.
Bununla yanaşı, gecə Domodedovo, Şeremetyevo, Vnukovo və Jukovski hava limanlarında uçuşlar dayandırılıb. Bakı vaxtı ilə təqribən saat 09:00-da aeroportların fəaliyyəti bərpa edilib.
Dağıntı və xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.