
“esqim.az"in məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsində aparılan ibtidai istintaqla toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işini Aytən Əliyevanın sədrlik etdiyi hakimlər araşdıracaq.
İlk iclas dekabrın 12-si keçiriləcək.
Qeyd edək ki, “Meydan TV” ilə bağlı cinayət işi çərçivəsində jurnalistlər - Aynur Elgünəş, Natiq Cavadlı, Ramin Deko, Xəyalə Ağayeva, Aytac Tapdıq, Aysel Umudova, Şəmşad Ağa, Fatimə Mövlamlı, Nurlan Libre, Ülviyyə Əli, Ülvi Tahirov və Əhməd Muxtar həbs olunublar. Onlar barəsində mütəşəkkil dəstə tərəfindən törədilən qaçaqmalçılıq və digər bir neçə ağır maddə ilə ittiham elan edilib.
Sail Ağasəlim