Esqim.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.04.2025 | 13:06 | Baxılıb: 2355
Mühafizə polisi 12 ədəd market arabası oğurlayan şəxsi saxlayıb.

“esqim.az” xəbər verir ki, Xətai rayonu Zığ yolu küçəsində yerləşən marketlərin birindən müştərilərin alış-veriş zamanı istifadə etdikləri arabaların sayının günbəgün azalması mağaza rəhbərliyini narahat etməyə başlayıb. Arabaların oğurlandığı qənaətinə gələn mağaza sahibi obyektin mühafizə polisi tərəfindən qorunması üçün Xətai Rayon Mühafizə İdarəsinə müraciət edib. 

İki gün əvvəl axşam saatlarında məhz həmin obyektdən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. 

Mühafizə polislərinin çevikliyi sayəsində marketdən növbəti dəfə araba oğurlayan E.Qafarov elə “iş başında” saxlanılıb. Araşdırma zamanı onun ayrı-ayrı vaxtlarda həmin obyektdən 12 ədəd market arabası oğurladığı məlum olub. 

Araşdırmalar davam etdirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.