Esqim.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.14.2025 | 00:20 | Baxılıb: 2876
Uşaqları və sürücüsü ilə bərabər qəzaya düşən məşhur aktrisa Özgü Namal keçirdikləri qəzadan danışıb.

“esqim.az"in məlumatına görə, açıqlama verən aktrisa bildirib ki, təhlükəsizlik kəməri sayəsində daha böyük faciənin qarşısı alınıb.

“Kəmər bağlı olmasaydı, bu gün daha ağır nəticələr olardı. Qəza zamanı nəfəs ala bilmirdim, təxminən 10-15 dəqiqə nəfəsim kəsildi. Çırpıldığımız maşının yanğınsöndürən avtomobili olduğunu sonradan başa düşdüm. Yalnız böyük qırmızı bir avtomobil xatırlayıram. Sonradan anladım ki, bu, yanğınsöndürən maşını imiş”, – deyə Namal qeyd edib.

Hadisə zamanı Özgü Namal, iki uşağı və sürücüsünün yüngül xəsarət aldığı bildirilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.