Esqim.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.03.2025 | 10:54 | Baxılıb: 1282
Qusarda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“esqim.az” xəbər verir ki, hadisə rayonun Urva kəndində qeydə alınıb.

Belə ki, Gəray Tariquliyev idarə etdiyi “KamAZ” markalı yük avtomobili ilə 87 yaşlı Məhərrəm Şeydayevin yaşadığı evin həyətinə qum boşaltmaq istəyib.

Bu zaman M.Şeydayev yıxılıb və G.Tariquliyev yük avtomobilini geriyə hərəkət etdirərkən 87 yaşlı kişinin üzərindən keçib. M.Şeydayev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.