Esqim.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.03.2025 | 12:50 | Baxılıb: 1731
Amerikalı tanınmış müğənni Mayli Sayrus musiqiçi Maks Morando ilə ailə qurmağa hazırlaşır.

“esqim.az” “Vogue” jurnalına istinadən xəbər verir ki, cütlüyün “Avatar: Fire and Ash” (“Avatar: Od və Kül”) filminin Los-Ancelesdə baş tutan premyerasında çəkdirdiyi şəkildə 33 yaşlı müğənninin barmağında brilyant qaşlı üzük diqqətləri çəkib. 

Görüntülərdən cütlüyün nişanlandığı məlum olub. 

Müğənninin 2021-ci ildən münasibətdə olduğu Morando “Liily” rok qrupunun üzvü və prodüserdir. 

Sayrusun 14 karatlıq sarı qaşlı üzüyü isə dizayner Jak Eşe tərəfindən hazırlanıb.

Qeyd edək ki, 33 yaşlı Mayli Sayrus 2018-2020-ci illərdə aktyor Liam Hemsvort ilə evli olub. 






Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.