Esqim.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.02.2025 | 22:30 | Baxılıb: 1572
Honkonqda yaşayış kompleksindəki yanğında ölənlərin sayı artıb.

“esqim.az” xarici KİV-ə istinadən xəbər verir ki, Honqkonq polisi bu gün yanan binalarda aparılan axtarışlar zamanı daha 5 nəfərin cəsədinin tapıldığını açıqlayıb.

Bununla da yanğın nəticəsində həyatını itirənlərin ümumi sayı 156-ya çatıb.

Məlumata görə, ölənlərdən 127-nin şəxsiyyəti artıq müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, noyabrın 26-da Honkonqun Tay Po rayonunda 8 binadan və 2 minə yaxın mənzildən ibarət yaşayış kompleksində yanğın baş vermişdi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.