Esqim.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.06.2025 | 13:36 | Baxılıb: 2919
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin Antikorrupsiya Agentliyi bölgələrdə keçirdiyi əməliyyatlar çərçivəsində 5 vəzifəli şəxsi korrupsiya ittihamı ilə həbs edib.

“esqim.az” Gürcüstan mediasına istinadən xəbər verir ki, həbs edilənlər arasında Marneulidəki 4 saylı orta məktəbin direktoru Dilara Darğallı da var. Onun vətəndaşdan 300 dollar rüşvət tələb etdiyi iddia olunub.

Gürcüstan DTX-nin Antikorrupsiya Agentliyinin direktoru Emzar Qaqnidze həbslərlə bağlı açıqlama verib. O, faktlarla bağlı Cinayət Məcəlləsinin 338-ci maddəsinin birinci hissəsi ilə istintaq aparıldığını deyib.

Qeyd edək ki, Dilara Darğallı Gürcüstan parlamentinin azərbaycanlı deputatı Zaur Darğallının bibisidir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.