Esqim.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.30.2025 | 09:37 | Baxılıb: 8542
Sabiq millət vəkili, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli Türkiyədə saxlanılıb.

“esqim.az” xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb.

Hacıbəyli qeyd edib ki, İstanbulda polis idarəsinə aparılıb və böyük ehtimalla Azərbaycana deportasiya olunacaq: “İndicə oğlumla birlikdə İstanbulda kirayədə yaşadığım evin qapısını döydülər, polisdən gəliblər, məni həbsxanaya aparırlar. Heç bir səbəb yoxdur, Türkiyəyə 25 sentyabrda gəlmişəm, 3 aylıq müddətim bitməyib, üstəlik iki illik oturma iznim var”.

Qeyd edək ki, AXCP sədri Əli Kərimli və Partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim Ramiz Mehdiyevin işi ilə bağlı dindirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.