Esqim.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.09.2025 | 09:43 | Baxılıb: 13325
Dünən paytaxtın Nizami rayonu ərazisində mənzildə güllələnmiş meyiti tapılan Nicat Quliyev dövlət qurumlarının birinin əməkdaşı imiş.

“esqim.az"in əldə etdiyi məlumata görə, Nicat qurumda məsul vəzifələrdən birini tutub.

Mərhumun anası Mətanət Quliyeva isə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidenti akademik İsa Həbibbəylinin baldızıdır. Filologiya üzrə fəlsəfə doktoru olan M.Quliyeva Naxçıvan Dövlət Universitetinin dosenti və kafedra müdiridir.

Hadisəyə gəlincə, Nicat Quliyevin özünə silahla atəş açaraq həyatına qəsd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

***

“esqim.az"in əldə etdiyi məlumata görə, hadisə dekabrın 8-i saat 22 radələrində Nizami rayonu M.Şərifli küçəsi ev 4 mənzil 26-da baş verib.

Naxçıvan şəhər sakini 1986-cı il təvəllüdlü Nicat Afət oğlu Quliyev kirayədə yaşadığı mənzildə odlu silahdan baş nahiyəsinə atəş açaraq həyatına son qoyub.

Faktla bağlı Nizami Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Aslan Vəliyev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.