Esqim.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.04.2025 | 22:32 | Baxılıb: 3123
Türkiyənin “Gold Film” şirkətinin istehsalı olan “Sakıncalı” serialı gözlənilmədən final qərarı ilə gündəmə gəlib.

“esqim.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən həftə çəkilişləri dayandırılan serialın taleyi bu həftə yayımlanan reytinqlərlə müəyyənləşib.

3-cü bölümdən sonra reytinqin aşağı olması səbəbindən layihənin 5-ci seriyada final etməsinə qərar verilib.

Serial heyəti bu barədə bu gün məlumatlandırılıb.

Qeyd edək ki, serialın baş rollarında Özge Özpirinçci və Salih Bademci yer alıb. Bu onların birgə rol aldığı ikinci layihədir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.