Esqim.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.03.2025 | 20:20 | Baxılıb: 1275
Birja manipulyasiyası ilə bağlı istintaq çərçivəsində saxlanılan türkiyəli keçmiş futbolçu Gökhan Gönül haqqında ev həbsi qərarı verilib.

“esqim.az” xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Məlumata görə, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan araşdırmada Sərmayə Bazarları Şurasının (SPK) hesabatları ilə bəzi səhmlərdə spekulyasiya aparılaraq süni qiymət hərəkətlərinin yaradıldığı müəyyən edilib.

Saxlanılan 12 şübhəlinin polisdəki əməliyyatları tamamlandıqdan sonra onlar Çağlayandakı İstanbul Ədliyyəsinə göndəriliblər. Prokurorluq ifadə proseslərindən sonra qərarını açıqlayıb və keçmiş futbolçu Gökhan Gönül ev həbsi və məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Xatırladaq ki, o, ötən gün hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılmışdı.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.