
“esqim.az” xəbər verir ki, bu sözləri “Qarabağ”ın yarımümdafiəçisi Marko Yankoviç “Çelsi” ilə UEFA Çempionlar Liqasının liqa mərhələsinin 4-cü turunda baş tutan matçdan sonra jurnalistlərə açıqlamasında bildirib.
“Biz də özümüzdən bunu gözləyirik, amma bilirsiniz ki, bu turnirdə səviyyə çox yüksəkdir, burada yüksək keyfiyyətli futbolçular, güclü komandalar var. Biz əlimizdən gələni edirik və üzərimizdə təzyiqlər var və çalışırıq ki, növbəti oyunlarda yaxşı nəticələr əldə edək”, – deyə o vurğulayıb.