
“esqim.az” xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.
Nəşrin qeyd etdiyi kimi, son konsertlərdə pərəstişkarları Lopezin sonsuzluq döyməsinin dəyişdirildiyini görüblər. İndi bu yerdə kolibri təsvir olunub.
Lopez bu döyməni 2023-cü ildə Sevgililər Günü üçün etdirmişdi. Döymə ox və məşhurların adları olan sonsuzluq simvolundan ibarət idi.
Xatırladaq ki, C. Lopez və B. Afflek hələ 2000-ci illərdə tanış olublar və əsas ulduz cütlüklərdən birinə çevriliblər. 2003-cü ildə onlar planlaşdırılmış toyu gözlənilmədən təxirə salıblar və tezliklə ayrılıblar. Bundan sonra ayrı-ayrı insanlarla ailə həyatı qurublar: Lopez müğənni Mark Entoniyə ərə gedib, Afflek isə aktrisa Cennifer Qarnerlə evlənib. Onlar sonradan boşanıblar. 2021-ci ildə isə keçmiş sevgililər münasibətlərini bərpa edib, 2022-ci ildə ailə qurublar. Ötən ilin avqust ayında isə cütlük boşanıb.