Esqim.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.02.2025 | 17:39 | Baxılıb: 1702
Cəlilabad rayonunda yanğın başlayıb.

“esqim.az” xəbər verir ki, alov su-bataqlıq ərazisində yerləşən ovçuluq təsərrüfatının qamışlıq və quru ot örtüyündə başlayıb.

Yanğın küləyin təsiri ilə sürətlə genişlənib və tüstü bir neçə kilometr məsafədən görünür.

Əraziyə Cəlilabad Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Hazırda alovun ətraf ərazilərə yayılmaması və lokallaşdırılması istiqamətində tədbirlər görülür. Hadisənin səbəbi araşdırılır.

***

Ovçuluq təsərrüfatında baş verən yanğın söndürülüb.

İlkin məlumata görə, 5 hektar sahədə quru ot və qamışlıq sahə yanıb. Yanğının səbəbləri ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, noyabrın 28-dən Kəlbəcərdə də yanğın başlayıb. Yanğın genişlənərək rayonun Yuxarı Ayrım və Otaqlı kəndləri, həmçinin Laçın ərazisinə yayılıb. Hazırda yanğınların söndürülməsi istiqamətində işlər aparılır.

Surxay Şahbazov

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.