
“esqim.az” xəbər verir ki, bu barədə Sudan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik qanlı hadisəni qətiyyətlə pisləyib. Bəyanatda qeyd olunub ki, bir həftə əvvəl Sudan ordusu ilə Sürətli Dəstək Qüvvələri arasında Cənubi Kordofan bölgəsində döyüşlərin güclənməsi köçkünlərin sayının artmasına səbəb olub.
BMT-nin məlumatına görə, may ayında yalnız Xoi və Nəhud şəhərlərindən təxminən 47 min nəfər köçkün düşüb. Şimali Kordofandan isə döyüşlərin intensivləşməsindən sonra 36 mindən çox mülki şəxs ərazini tərk edib.
Sudanda 2023-cü ilin aprelindən başlayan müharibə indiyədək on minlərlə insanın həyatına son qoyub, 12 milyon nəfəri isə məcburi köçkün vəziyyətinə salıb. Ölkə bu gün dünyanın ən ağır humanitar böhranı ilə üzləşir.