Esqim.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.03.2025 | 03:31 | Baxılıb: 2206
İspaniya La Liqasında XV tura start verilib.

“esqim.az” xəbər verir ki, “Barselona” doğma meydanda “Atletiko Madrid”lə qarşılaşıb.

Görüş Kataloniya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 19-cu dəqiqədə qonaqların heyətində Aleks Baena açıb. 26-cı dəqiqədə Rafinya hesabı bərabərləşdirib. Meydan sahiblərinin hücumçusu Robert Levandovski 36-cı dəqiqədə on bir metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməyib. Dani Olmo 65-ci dəqiqədə “Barsa”nı önə keçirib.

Qarşılaşmada son nöqtəni 90+6-cı dəqiqədə Ferran Torres qoyub.

“Barselona” 37 xalla turnir cədvəlinə başçılıq edir. Madrid klubu isə 31 xalla 4-cü yerdə qərarlaşıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.