Esqim.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.06.2025 | 11:40 | Baxılıb: 2434
Paytaxtın Nizami rayonunda yanğın hadisəsi baş verib.

“esqim.az” xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 400 m² olan ikimərtəbəli hotel binasının mənfi birinci mərtəbəsində yerləşən qarajda “BMW” və “Volkswagen” markalı minik avtomobillərinin salon hissələri yanıb.

Avtomobillərin qalan hissəsi, yaxınlıqda olan digər avtomobillər və hotel binası yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.