
“esqim.az” xəbər verir ki, matçda yeganə qolun müəllifi olan yarımmüdafiəçi sevincini rəqib azarkeşlərin önündə qeyd etməsindən və onların buna əsəbiləşməsindən danışıb.
J.Martins bu cür halları sevdiyini bildirib: “Mən futbolda bu cür halları sevirəm. Azarkeşlərin müəyyən mənada təxribat etmələri bir növ məni motivasiya edir. Şükürlər olsun ki, bundan sonra mən də qolumu vurdum, komandama qələbə qazandırdım”.