Esqim.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.06.2025 | 00:30 | Baxılıb: 1322
Məşhur türkiyəli aktyor Halil Ergün ürəyindəki narahatlığa görə əməliyyat olunub.

“esqim.az” xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, 79 yaşlı məşhur sənətçi səhər saatlarında müraciət etdiyi özəl klinikada müayinədən keçib. Onun ürəyinin əsas damarında ciddi daralma aşkar edildikdən sonra stent qoyulması qərarı verilib. Həkimlər prosedur zamanı heç bir problemin yaranmadığını və onun ümumi səhhətinin yaxşı olduğunu vurğulayıblar.

Xatırladaq ki, H. Ergün daha çox tamaşaçılara “Yaprak Dökümü” serialındakı “Alirıza” obrazı ilə tanınır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.