Esqim.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.04.2025 | 09:21 | Baxılıb: 766
Dünən saat 23 radələrində Ağdaş rayonunda bıçaqlanma hadisəsi baş verib.

“esqim.az” xəbər verir ki, 1995-ci il təvəllüdlü A.Səfərli yaşadığı Ağdaş şəhəri M.İsayev küçəsində 2001-ci il təvəllüdlü N.Qaffarovu ayaq və qarın nahiyələrindən bıçaqlayıb.

Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.