Esqim.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.06.2025 | 01:54 | Baxılıb: 1971
ABŞ Prezidenti Donald Tramp 2026-cı il dünya çempionatının favoritləri ilə bağlı qərar verə bilməyib.

“esqim.az” xəbər verir ki, bu haqda “Sports.ru” məlumat yayıb.

Belə ki, Tramp “RMC Sport”un fransız jurnalistləri ilə söhbətində Fransanı 2026-cı il dünya çempionatının favoriti adlandırıb. “Fransanın böyük komandası var. Bəli, o, qalib gəlməyə qadirdir, o, favoritlərdən biridir”, - ABŞ prezidenti bildirib.

Eyni zamanda, Tramp ispan jurnalistlərə müsahibəsində İspaniya millisini favoritlər sırasına daxil edib.

“Mən İspaniyanın böyük fanatıyam, bu ölkəyə pərəstiş edirəm. Deyərdim ki, İspaniyanın qalib gəlmək şansı çox yüksəkdir”, - siyasətçi qeyd edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.