Esqim.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.05.2025 | 08:26 | Baxılıb: 2196
Bu gün saat 03:15 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park 1 yaşayış massivində yanğın baş verməsi səbəbilə çağırış daxil olub.

Bu barədə “esqim.az"in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, dərhal 12 təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.

“Təcili tibbi yardım briqadası tərəfindən 4 nəfər (qadın) tüstüdən zəhərlənmə ilkin diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Hadisə yerində 4 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 4 nəfərdən 3-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

1 nəfərə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub”, - qurumdan qeyd edilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.