Bu barədə “esqim.az”ya “Azəriqaz” İB-dən bildirilib.
Təmir-quraşdırma işləri görülən müddətdə Binəqədi rayonunun (Binəqədi qəsəbəsi, Binəqədi kəndi, Mədən ərazisi, Baksol yolu, Binəqədi şosesi), Xəzər rayonunun (Pirallahı qəsəbəsi), Sabunçu rayonunun (O.Əfəndiyev, X.Xasməmmədov, Ə.Kərim, E.Rəhimov və R.Qəmbərov küçələri) və Tovuz rayonunun (Tovuz şəhəri, Ağdam, Qazqulu, Bozalqanlı, Aşağı Öysüzlü, Yuxarı Öysüzlü, Hacallı, Yuxarı Mülkülü və Əlibəyli kəndləri) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.