Esqim.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Şahdağa qar yağıb
 
						Şahdağa qar yağıb
Əlavə olunub: 05.11.2024 | 11:00 | Baxılıb: 1392
Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “esqim.az”ya verilən məlumata görə, əksər rayonlarda şimşək çaxıb, arabir yağış, Şahdağda isə zəif qar yağıb.

Düşən yağıntının miqdarı Gədəbəydə 4 mm, Balakəndə 3 mm, Daşkəsən, Sədərəkdə 2 mm, Naxçıvan, Ordubad, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Zaqatala, Şəki, Qax, Quba, Qusar, Cocuqmərcanlı, Tərtər, Yevlax, Beyləqan, Lənkəran, Astarada 1 mm-dək olub.

Bakı, Daşkəsən, Naftalan, Gəncə, Şəmkir, Göygöl, Şamaxı, Altıağac, Tərtər, Bərdə, Beyləqan, Lerikdə duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24 dərəcəyədək, Naxçıvan MR-da 23-28, Aran rayonlarında 23-26, dağlıq rayonlarda 13 dərəcəyədək isti olub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.